Меню
 
 

 
Поиск
 
 


 
Календарь новостей
 
 

 
Опросы
 
 
Saytimiz Necedi???


Всего ответов: 411



   

 
Друзья Сайта
 
 

 
Рекламный блок
 


 

 H.O.S.T Alinenceden Musahibe....



1. H.O.S.T
Açması “Hava Od Su Torpaq” olan abriviatura əslində bir yox, bir neçə mənanı özündə birləşdirir. Və hər  bir məna da öz növbəsində, HOST ideologiyasında gözlənilir.
Məsələn, HOST – tibbdə öldürücü virus deməkdirsə, sözlərimizdə və ideologiyamızda məhz elə nöqtlər seçirik ki, ikinci yol olmasın (ya bizimləsən, ya da altımızda). Və yaxud, digər məna – Zülmət. İstər geyimlərimiz, istərsə də lirikamızda qaranlıq və pessimist baxışları sezə bilərsiz. Başqa bir məna da var ki bu da “Allah Ordusu” deməkdir. Bizimsə bir əlimizdə Quranımız və Tək Yaradanımız var.
Və s.

2. İdeologiya və ona əməl olunma
Suallardan bir neçəsində  H.O.S.T`un özünün yaratdığı ideologiyayla yaşayıb, yaşamaması və ideologiyada digər ideologiyalardan bəhrələnmə haqda sual da vardı. Əlbəttə ki, biz öz ideologiyamızda bizə qədərki səhvləri buraxmaq istəməmişik və bütün ideoloji cərəyanların bizə uyğun ən yaxşı elementlərini öz ideolgoyamızda birləşdirmişik.
O ki qaldı,  özümüzün buna əməl edib, etməməyimizə biz də ideal deyilik. Və biz də digər HOSTçular kimi ideologiyamızı məcburiyyətlə yox, sevərək qavramağa çalışırıq.
Sözlərimizlə bağlı tənqid, səhvbaşadüşülmə, eləcə də məsləhət verənlərə isə demək istərdik ki, hər şey göründüyü kimi sadə deyil. Və banal yanaşmadan çox, o sözün və onun sətiraltısını çözməmiş reaksiya bildirmək isə sadəlövhlükdən başqa bir şey deyil.  Məsələn, “İstəmirəm Adidas, Versace, Dolce and Gabanna!” o demək deyil ki, biz bu markalardan istifadə etmirik və ya bu markalar bizim ideologiyaya görə qadağandı. Xeyr, biz də Adidas geyinirik, lakin Adidası Adidas oduğuna görə yox, rahat ayaqqabı olduğuna görə geyinirik. Və “bax! Mənim Adidasım var!” məqsədiylə geyinmirik!!!

3. 2-ci kitab, yeni albom, klip və konsert / PLANLAR
H.O.S.T “Dayirman Production”ına daxil olandan sonra planlar daha da genişləndi və H.O.S.T`un PR və promotion yeni istiqamətdə inkişaf etməyə başladı. Beləliklə bu planlarımıza da təsirsiz ötüşmədi.
Hal-hazırda, H.O.S.T noyabr ayının 29-u “Dəyirman”la birlikdə çıxışa hazırlaşır. Belə ki, bu çıxışda “Dəyirman”la yeni mahnı və H.O.S.T`un yeni sinqllarının təqdimatı olacaq.
Yeni albom, üzərində işlər başlayıb. Ancaq “QaradaQırmızı”nın kütləvi satışa yeni çıxdığını nəzərə alsaq, növbəti albomun nə vaxt buraxılacağ haqda dəqiq məlumat verə bilmirik.
Klip, planlarımıza yeni daxil olan layihələrdən biridi. Və yəqin ki, ilk klip “Dəyirman”la birlikdə olacaq.
2-ci kitab, da hazırlanır. “A”nın 2-ci buraxılışından sonra bu addım daha da konkretləşdi. Çünki, hazırda bestsellerlər arasında yer alan kitab Azərbaycanda son dönəmlərdə ən çox ajiotaj yaradan roman oldu. Bu da bizə, 2-ci kitabı tezliklə buraxmağa stimul verir.
Bundan əlavə, H.O.S.T`un bir brend kimi tanınması üçün də işlər görülür. Bu çərçivədə hələlik adını sadalaya biləcəyimiz layihələrdən aşağıdakıların adını çəkə bilərik:
1.    H.O.S.T`çunun geyimi.
2.    H.O.S.T`çunun manifesti. (“Qaralama”)
3.    H.O.S.T dərsləri.
4.    Azərbaycanda ilk dəfə şəbəkələşmiş (Network) sayt qovşağı (www.havaodsutorpaq.com `un genişləndirilməsi).


4.  Kimi dinləyirik
Hər kəsin bəhrələndiyi kimi bizim də dinlədiyimiz və bəhrələndiyimiz adamalar var.
Amma bunlar reperlerden daha çox yazıçılardır. Məsələn Paolo Koelo, Anxel De Kuatye, Çak Palaniyuk və s. Reperlərdən isə Yunus Özyavuz (Sagopa Kajmer), Diams, Krec, Eminem, Sinik və s. Rockdan isə dünya idealogiyasına təsir etmiş Pink Floyd, eləcə də Marilyn Manson, LimpBizkit, Linkin Park və s.

5. Qrupun tərkibi
H.O.S.T hələ Alliance olmamışdan (2007 / 13 Fevral) qabaq bu Alliance`a daxil olan səkkiz üzvün hər biri uzun illərdən bəri çox yaxın dost idi. Yəni hələ qrupa qədərki dönəmdə bizi bir-birimizə sıx əlaqələr bağlayırdı. Ona görə də, qrupdan çıxandan sonra belə bu münasibətlərin korlanmasından söhbət belə gedə bilməz. Sadəcə hər kəsin öz seçimi var. Uşaqlar öz seçimini etdi və repdən getdi. Onların yenidən repdə olub olmayacağını hal hazırda dəqiq deyə bilməsək də, aradakı dostluq münasibətlərinin pozulmadığından əmin ola bilərsiz.
Qrupa yeni üzvlərin qəbul olunub/olunmayacağına gəlincə, bu artıq mümkün deyil.

6.  Sərt sözlər və mövqe
H.O.S.T`un repdə olan dəyişməz mövqeyi bir mənalı şəkildə cəmiyyətdəki streotipləri və səhv düşüncələri düz sözlə dəyişməkdir. Bu hətta mentalitetə qarşı çıxmaq olsa belə. Buradan belə bir sual çıxır ki, onda niyə məhz rep? Cavab çox  sadədir: nəzərə alsaq ki, formalaşmaqda yeni nəsil – gənclər daha çox rep dinləyir, bu fikirlərimizi çatdırmaq üçün ən gözəl vasitə ola bilərdi.
O ki qaldı, siyasətə H.O.S.T bir mənalı şəkil qeyri-siyasi mövqe tutmaqla heç bir şəkildə heç bir siyasi oyunun üzvü deyil. Və sözləri sadəcə olaraq cəmiyyətə ünvanlayır.
SİYASƏTLƏ HEÇ BİR ƏLAQƏMİZ YOXDUR!

Salamlar,
H.O.S.T
www.havaodsutorpaq.com
 


Категория: Xeberler | Просмотров: 894 | Добавил: Admin | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0

Имя *:
Email *:
Код *:
 



Панель управления
 
 
Привет, Гость!
null
 

 
Мини чат
 
 

 
Кто ОнЛайн?
 
 
Понедельник, 20.05.2024, 03:19
Вы-вошли как-Гость:Группа "Гости"

Cemi Online: 1
Qonaqlar: 1
Istifadeciler: 0

 
Архив
     
        

 
Рекламный блок
 
 

 



Сделать бесплатный сайт с uCoz-->